Sudan parlamentinin spikeri aeroportda həbs edilib

  • 18:20 - 17 Aprel

Sudan parlamentinin spikeri İbrahim Ömər Xartum beynəlxalq aeroportunda həbs olunub.

Avropa.info xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.

Bir qədər əvvəl Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşirin Şimali Xartumda yerləşən Kuber həbsxanasına keçirildiyi məlum olub. Hazırda o, güclü mühafizə altında saxlanılır. Sabiq prezidentin ailəsindən olan mənbənin məlumatına əsasən, əl-Bəşir həbsxanaya aprelin 16-da axşam saatlarında aparılıb.

Xatırladaq ki, aprelin 11-də Sudanda dövlət çevrilişi baş verib həbslər aparılıb. Ömər əl-Bəşir, sabiq müdafiə naziri Əbdurrəhim Hüseyn, hakim Milli Konqres partiyasının sədri Əhməd Harun, əl-Bəşirin sabiq müavini Əli Osman Tah, həmçinin Prezident Qvardiyasının üzvləri də daxil olmaqla respublikanın sabiq hakimiyyətinin 200-ə yaxın nümayəndəsi hərbçilər tərəfindən həbs edilib.

2011-ci ildə qüvvəyə minən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə dərin iqtisadi böhran hökm sürür. 2018-ci il dekabrın ortalarından başlayan və çörəyin qiymətinin ucuzlaşması tələbi ilə keçirilən xalq etirazlarında sonradan 30 ildir ölkəyə rəhbərlik edən Ömər əl-Bəşirin siyasi rejiminin dəyişdirilməsi tələbi irəli sürülüb. Bir neçə ay davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.


Oxunma sayı: 4950

Oxşar yazılar