Trampın adamından qalmaqallı paylaşım – Qolan təpələri İsrail sərhədləri daxilində (Foto)

  • 17:50 - 17 Aprel

ABŞ prezidenti Donald Trampın beynəlxalq danışıqlar üzrə xüsusi nümayəndəsi Yason Qrinblat Qolan təpələrinin İsrail ərazisi kimi əks olunduğu xəritənin fotosunu yayıb.

Avropa.info xəbər verir ki, Trampın adamı xəritəni “Twitter” səhifəsində paylaşıb: 

“Qolan təpələri üzərində İsrailin suverenitetini tanıyan bildiriş dərc olunduqdan sonra xəritə sistemimizdəki yeni əlavəyə xoş gəldiniz” – xəritəyə verdiyi şərhdə belə yazıb.

Qrinbalt xəritəyə @POTUS (Trampın “Twitter” hesabı) hesabını da işarələyib.

Xatırladaq ki, 25 mart tarixində İsrail baş naziri Benyamin Netanyahu ilə keçirdiyi görüşdə Qolan təpələrini Suriya ərazisini tanıyan sərəncamı imzalamışdı.


Oxunma sayı: 13123

Oxşar yazılar