"ASAN xidmət"in işçilərinin sayı artırıldı

  • 17:30 - 17 Aprel

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Avropa.info xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin sayı artırılıb. Belə ki, Agentliyinin işçilərinin sayı 895 ştat vahidi müəyyən edilib.   

Qeyd edək ki, işçilərinin sayı indiyədək 715 nəfər idi.


Oxunma sayı: 4576

Oxşar yazılar