Bakıda çanta və pulqabı oğurlayan qadınlar tutuldu

  • 16:49 - 17 Aprel

Bakıda çanta və pulqabı oğurlayan qadınlar tutulub.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində xətt avtobusunda bir qadının çantasından içərisində 900 manat olan pulqabısını oğurlamaqda şübhəli bilinən N.Ağammədova saxlanılıb.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini S.Hacıyevanın içərisində 100 manat, 80 avro və 100 funt sterlinq pul olan çantasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini K.Ələkbərova saxlanılıb.


Oxunma sayı: 6930

Oxşar yazılar