Ağdamda ananın körpə qızını öldürməsi faktı ilə bağlı cinayət işi başlanıb – Rəsmi

  • 16:31 - 17 Aprel

Daxili İşlər Nazirliyi Ağdamda ananın körpə qızını öldürməsi faktı ilə bağlıə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub. G.İsmayılova könüllü olaraq Ağdam Rayon Polis Şöbəsinə gələrək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Oxunma sayı: 14080

Oxşar yazılar