Azərbaycanlı futbolçu döydüyü şəxsə şikayətini geri götürmək üçün 155 min rubl ödəyib

  • 21:55 - 16 Aprel

Rusiyanın "Spartak" klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyevin iştirakı ilə baş verən qəzanın detalları bəlli olub. 

23 yaşlı yarımmüdafiəçi idarə etdiyi “Mercedes” markalı avtomobillə ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə heç bir xəsarət törətməyib. Lakin daha sonra tərəflər arasında dava düşüb. ABŞ vətəndaşına burun sümüklərinin sınması diaqnozu qoyulub. 

A.Quliyev zərərçəkənə şikayətindən imtina etməsi üçün 155 min rubl ödəyib. Buna baxmayaraq, Maykl Kou Con Elini xəstəxanada müayinə olunmaq və futbolçudan böyük məbləğ tələb etmək niyyətindədir. 

Qeyd edək ki, Ayaz Quliyev aprelin 11-də Moskvanın Krasnoprudnaya küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobillə işıqforun qırmızı işığına məhəl qoymayaraq piyada xəttini keçən ABŞ vətəndaşı, 29 yaşlı Maykl Kou Con Eliyə toxunub. Daha sonra maşınından düşən yarımmüdafiəçi onunla mübahisə edib və yumruq zərbəsi ilə burnunu qırıb. Dərhal hadisə yerinə polis və təcili tibbi yardım maşını gəlib. Futbolçu əcnəbidən üzr istəyib və bütün xərcləri üzərinə götürüb. Bundan sonra zərərçəkən Quliyevə qarşı heç bir iddiasının olmamasına dair ərizə yazıb. Daha sonra klub futbolçunu heyətdən kənarlaşdırıb və onu cərimələyib.

 

 

 

report 


Oxunma sayı: 6523

Oxşar yazılar