Azərbaycan qaz ixracını artırıb

  • 18:33 - 16 Aprel

2019-cu ilin I rübündə ölkə üzrə qaz hasilatı 25,1% artıb.

 SOCAR-dan Avropa.info-ya verilən məlumata görə, rüb ərzində ölkədə 9 mlrd. kub.m-dən çox təbii qaz hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artım deməkdir.

 

Hesabat dövründə neft hasilatının stabil qaldığı bildirilir.

Məlumata görə, təbii qaz ixracının dinamikasında rüb ərzində 27%, neft və neft-kimya məhsullarının ixracında isə 10,5% artım qeydə alınıb. Eləcə də ölkə üzrə qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,1% artaraq, 9,11 mlrd kub.m, neft hasilatı 0,15% artaraq, 9,72 mln ton, təşkil edib. SOCAR üzrə 1,853 mln ton neft, 1,564 mlrd kub.m qaz hasil olunub.


Oxunma sayı: 5973

Oxşar yazılar