Məsciddən oğurluq edən şəxs: “Taxta ilə qapını açıb axundun otağına girdim”

  • 15:32 - 16 Aprel

Avropa.info ARB TV-yə istinadən xəbər verir ki, paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən məsciddə axundun iş otağından oğurluq olunub.

Zərərçəkən rayon polis idarəsinin 6-cı Polis Bölməsinə müraciət edərək otağın qapısının naməlum şəxs tərəfindən qırıldığını və oradan pulunun götürüldüyünü deyib.

Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Mirzəyev saxlanılıb. O, ifadəsində törətdiyi əməli etiraf edib.

Araşdırma zamanı saxlanılan şəxsin ötən ilin sentyabr ayında Yasamal rayonunda yerləşən məscidlərdən birində nəzir qutusundan oğurluq etdiyi və bu əməlinə görə polislər tərəfindən saxlanılaraq 3 ay müddətinə inzibati qaydada həbs olunduğu da məlum olub. 

Anar Mirzəyev - Saxlanılan şəxs: "Taxta ilə qapını açıb axundun otağına girdim. Siyirmədən 1500 manat pul götürdüm. Yasamalda da nəzir qutusunu oğurlamışam. O işimə görə də 3 ay həbs olundum".

Faktla bağlı Mirzəyev barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.


Oxunma sayı: 12804

Oxşar yazılar