Cavad Zərif Əsədlə görüşəcək – Növbəti səfər Türkiyəyədir

  • 16 Apr - 2019

İran xarici işlər naziri Cavad Zərif Suriya prezidenti Bəşər Əsəd ilə görüşmək üçün Dəməşqə səfər edib.

Avropa.info xəbər verir ki, Əsədin dəvəti ilə rəsmi səfər edən Zərifi Dəməşq aeroportunda Suriya xarici işlər naziri müavini Faysal Mikdad qarşılayıb. 

“Regional və beynəlxalq məsələlərlə bağlı koordinasiyanı təmin etmək və iki ölkə prezidentləri arasında əldə olunan razılıqların icrası üçün Suriyaya səfər edirəm. Eyni hədəflərlə Türkiyəni də ziyarət edəcəyik” – Cavad Zərifin açıqlamasında deyilir.

Zərifin səfər çərçivəsində Bəşər Əsədlə görüşəcəyi də bildirilir. İran xarici işlər nazirinin Suriyada işlərini başa vurduqdan sonra Türkiyəyə gəlməsi gözlənilir.

Xatırladaq ki, bir neçə ay əvvəl Cavad Zərif Suriya prezidenti Bəşər Əsədin Tehrana səfərinin ona xəbər verilməməsini əsas göstərərək, istefa vermişdi. Lakin prezident Həsən Ruhani istefa ərizəsini qəbul etməmişdi. Buna cavab olaraq Əsəd Zərifi Dəməşqə dəvət etmişdi.


Oxunma sayı: 44

Oxşar yazılar