Tramp Ərdoğanın kürəkənini Ağ Evdə qəbul etdi

  • 16 Apr - 2019

Türkiyə prezidentinin kürəkəni xəzinə və maliyyə naziri Berat Albayrak Vaşinqtona səfəri zamanı Ağ Evdə ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul edilib.

Avropa.info xəbər verir ki, görüşdə Donald Trampın kürəkəni Cared Kuşner də iştirak edib. 

“Maliyyə naziri Stiv Muniçin və müşavir Cared Kuşner ilə əməkdaşlığımızı genişləndirmək məqsədilə keçirdiyimiz görüşlər əsnasında ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul edildik. Prezidentimizin salam və mesajlarını çatdırdıq. Maliyyə və Ticarət nazirliklərindəki həmkarlarımızla görüşümüz oldu. 20 milyard dollarlıq ticarət dövriyyəsini 75 milyard dollara çatdırılması ilə bağlı idi. Əvvəlcə dar çərçivədə görüş keçirildi, sonra prezident bizi qəbul etdi” – nazir Berat Albayrak açıqlayıb.

Albayrak S-400 raketləri məsələsində prezident Trampın onu diqqətlə dinlədiyini və anlayışla qarşıladığını bildirib.


Oxunma sayı: 66

Oxşar yazılar