Bakıda dəhşətli - Həbsxanadan çıxdı, iki bacısını bıcaqladı

  • 09:57 - 16 Aprel

Gecə saatlarında paytaxtın Xəzər rayonunda qətl hadisəsi baş verib.

Avropa.info Oxu.az-a istinadən xəbər verir ki, hadisə Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində qeydə alınıb.

Ailə münaqişəsi zəminində 1976-cı il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu bacıları - 1964-cü il təvəllüdlü Əlimanova Səadət və 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına çoxsaylı bədən xəsarətləri yetirib. Səadət Əlimanova aldığı xəsarətdən dünyasını dəyişib.

Digər yaralı - Əlimanova Məlahət Şirbala qızı isə xəstəxanaya çatdırılıb. Ona bədənin müxtəlif nahiyələrində dərinə nüfuz edən çoxsaylı kəsilmiş-deşilmiş yara diaqnozu qoyulub. Yaralı dərhal əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Muxtar Əlimanov bundan əvvəl də məhkum edilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.


Oxunma sayı: 13805

Oxşar yazılar