Finlandiya Parlamentinə seçkilərdə Sosial-Demokrat Partiyası qalib gəlib

  • 15 Apr - 2019

Finlandiya Parlamentinə seçkilərdə Sosial-Demokrat Partiyası qalib gəlib.

Sosial-demokratlar “Həqiqi finlər” adlı iri partiyadan minimal fərqlə irəlidədir. Beləliklə, ölkənin birpalatalı qanunvericilik məclisində hər iki müxalif partiya demək olar ki, eyni sayda yer tutacaq: sosial-demokratlar 40 yerə, “Həqiqi finlər” 39 yerə sahib olacaqlar.

Səsvermənin son nəticələrinə görə, sosial-demokratlar 17,7 faiz, “Həqiqi finlər” 17,5 faiz səs toplayıb. “Milli koalisiya partiyası” 16,9 faiz səs toplayaraq üçüncü yeri tutub. Bundan əvvəlki seçkilərdə qalib gəlmiş hakim “Finlandiya mərkəzi” partiyası bu dəfə seçicilərin yalnız 13,9 faiz səsini toplaya bilib. Müxalifətçi “Yaşıllar İttifaqı” 11,4 faiz, digər partiyaların hər biri 10 faizdən az səs toplayıblar.

Seçkilərdə qalib gəlmiş Sosial-Demokrat Partiyası parlamentdə 40 yer alacaq, lakin yeni hökumətin formalaşması üçün parlamentdə çoxluğun dəstəyini qazanmaq lazımdır. Bununla əlaqədar, hansı siyasi qüvvə digər partiyalarla koalisiya yaratmağa və parlamentdə mövcud 200 deputat yerindən 101 deputatın dəstəyinə nail olsa, yeni hökumət formalaşdırmaq imkanını məhz həmin siyasi qüvvə qazanacaq.


Oxunma sayı: 44

Oxşar yazılar