Elmar Məmmədyarov: "Moskva görüşündə bir neçə yeni təklif müzakirə olundu və qərarlar qəbul edildi"

  • 15 Apr - 2019

"Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri ilə ATƏT-in Minsk qrupu həmsədrlərinin Moskva görüşündə bir neçə yeni təklif müzakirə olundu və qərarlar qəbul edildi”. 

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib. 

"Ümumiyyətlə, çox geniş və substantiv danışıqlar aparılıb. Əvvəlcə Azərbaycan, Ermənistan və Rusiyanın xarici işlər nazirləri arasında üçtərəfli görüş baş tutdu. Çox faydalı görüş oldu və xüsusilə indiyədək razılaşdırılmamış məqamları müzakirə etdik. 2016-ci ildə Rusiya tərəfindən təqdim olunan plan əsasında müzakirələri davam etdirdik. Əlbəttə, bir görüşlə bütün məsələləri həll edə bilmərik. Bugünkü görüşün faydası isə ondadır ki, hansı problemlərin olduğunu, hansı problemlərin aradan qaldırılmağın zəruriliyini gördük", - nazir qeyd edib. 

 


Oxşar yazılar