“Belarusda yaşayan müsəlmanlar Ərdoğana minnətdardır” – Belarus prezidenti Lukaşenko

  • 15 Apr - 2019

Belarus prezidenti Aleksandr Lukaşenko Türkiyə səfərindən əvvəl önəmli açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Lukaşenko Qərbin sadəcə özünü deyil, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da xeyli vaxtdır tənqid etdiyini xatırladıb. 

“Qərb kimi tənqid etmir ki? Qərb sadəcə məni deyil, dostum Rəcəb Tayyib Ərdoğanı da son zamanlar tez-tez tənqid edir. Hətta məndən daha çox tənqid edirlər. Türkiyədən xoşları gəlmir. Amerika Türkiyənin mövqeyini sevmir. Türkiyə Rusiyadan ehtiyacı olan və olduqca ucuz müdafiə silahları satın aldı. Bunu başqa yerdən almaq mümkün deyildi. Türkiyəni bu üzdən təkcə tənqid etmirlər, döyməyə çalışırlar. Türkiyənin müstəqilliyi ilə bağlı hər siyasət tənqid olunur. Türkiyəyə hücum etməyə başlayırlar. Deməli, Türkiyə dövlət maraqlarını qorumaq baxımdan doğru mövqedədir. Hər nə qədər NATO çətiri altında olsa da, Türkiyənin əleyhdarları var. 

Rəqibləriniz sizi tənqid etməyə başladısa, bilin ki, doğru edirsiniz. Bu üzdən ölkəsinin suverenliyi və müstəqilliyini müdafiə edən cənab Ərdoğanı çox məsələdə dəstəkləyirəm. Mən də Belarusda bu mövqedəyəm”. 

Lukaşenko Türkiyənin bugünkü dünyanın formalaşmasında rolunu çox yaxşı bildiyini, dünya mədəniyyəti, memarlığı, təhsili və iqtisadiyyatının formalaşmasında böyük töhfələr verdiyini bildirib:

“Türkiyə tarixdə iz qoydu. Bunu türklərin tarixdə güclü imperiyaya sahib olması reallığından çıxış edərək deyirəm. Modern Türkiyə daha çox inkişaf etmək üçün çox güclü təmələ malikdir. Osmanlı imperiyasının mövcud olduğu regiona təsirini demirəm belə. Türkiyənin bu gün dünyada təsiri çox böyükdür. Türk xalqı köklü, qəhrəman və güclü xalqdır. Mən bir neçə dəfə Türkiyədə olmuşam. Tarixçi kimi modern türk xalqına baxıram və keçmişlə körpü yaratmağa çalışıram. Türklər əcdadlarından çox şey aldılar. Türk milləti keçmişdəki kimi indi də parlaq, qəhrəman və inamla addımlayan millətdir”.

Belarus prezidenti Türkiyənin də ölkəsi kimi coğrafi əhəmiyyətə malik olduğunu qeyd edən Lukaşenko hər iki ölkənin Avropa İttifaqı, ABŞ, Çin, Rusiya, Hindistan kimi dövlətlərin maraqlarının artdığı mərkəz halına gəldiyini bildirib. 

İki ölkə arasında iqtisadi münasibətlərin əhəmiyyətini qeyd edən Lukaşenko ticarət dövriyyəsinin 1 milyard dollar olmasına baxmayaraq, idxalat-ixracat balansının saxlanılması lazım olduğunu qeyd edib. O, Türkiyəyə səfəri zamanı bu məsələlərə yer ayıracağını, birgə layihələri müzakirə edəcəyini bildirib.

“Əhalimiz Türkiyənin isti sularına getməyə vərdiş edib. Bu proses dayandırıla bilməz. Hər il turist axını artır. Digər ölkələrə daha az, Türkiyəyə daha çox gedirlər. İnsanlarımız Türkiyədə olmağı sevir” – Lukaşenko Türkiyənin turizm əhəmiyyətini qeyd edib.

O, Türkiyə və Belarusun İT texnologiyalar, modern texnologiyalar, kimya və neft-kimya sənayesi kimi ortaq sahələrinin olduğunu qeyd edib:

“Türkiyənin bizim texnologiyalara ehtiyacı var. Türkiyə çox böyük ölkədir. Biz kombayn, traktor, 500 tonluq yük maşınları, orta və kiçik miqyaslı yük maşınları istehsal edirik. Bütün bunlar Türkiyə üçün çox vacibdir. Prezident Rəcəb Tayyib Ərdoğan ilə münasibətlərimiz sayəsində qarşılıqlı, etibarlı, dayanaqlı münasibətlərimiz var və bu istiqamətdə hərəkət edəcəyik”.

Lukaşenko Türkiyənin NATO, Belarusun KTMT üzvü olmasına baxmayaraq, iki ölkə arasında hərbi texniki əməkdaşlığın inkişaf etdiyini bildirib.

O, Belarusda 30 mindən çox müsəlmanın yaşadığını və müsəlmanların Belarusda heç bir problem yaratmadığını qeyd edib. Belarus prezidenti Türkiyənin dəstəyi ilə Minskdə məscidin inşa edildiyini, açılışında özü ilə prezident Ərdoğanın iştirak etdiyini xatırladıb:

“Bu məscid cəmiyyətimizdə sülh və anlaşma faktoru oldu. Mən bunun tərəfdarıyam. Müsəlmanlar da katoliklər, pravoslavlar, yəhudilər kimi öz ibadətxanasına sahib oldu. Müsəlmanlar Belarusa və məscidin inşasına kömək etdiyi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdardırlar”. 

Lukaşenko Belarusun dini inanclar sahəsində tolerantlıq siyasəti izlədiyini bildirib:

“Biz müsəlmanlarla yaxşı münasibət bəsləyirik, onların inancları Belarusda nə pravoslavları, nə də katolikləri narahat edir”.

Lukaşenko prezident Ərdoğan ilə aralarında olan səmimi münasibətdən də danışıb:

“Bir-birimizi qardaş deyə çağırırıq. Bu Ərdoğanın təşəbbüsüdür. Mən ona dostum da deyirəm. Yaxın insanlar kimi, hətta qohum yaxınlığı dərəcəsində bir-birimizi fərqli formalarda adlandırırıq. Türkiyədə baş verən məlum hadisələrdən sonra Ərdoğanla çox yaxın olduq. Bir-birimizi başa düşürük. Bir-birimizi beynəlxalq sahələrdə dəstəkləyirik. Güclü, varlı Türkiyə ilə şimalda çox vacib ölkə Belarus arasında yaxşı münasibətlər qururuq. Aramızda heç bir halda üstüörtülü mövzu yoxdur. Bu çərçivədə bu gün münasibətlərimiz çox yaxın və dostcasınadır. Bu yaxşı münasibətlərimizi heç bir şeyin pozmaması üçün Tanrıya və Allaha dua edirəm”. 


Oxşar yazılar