"Mənim səslərimin bir hissəsinin yekun aktlarda İmamoğluna yazıldığı sənədlərlə sübut olunub" - Binəli Yıldırım ilk dəfə İstanbuldakı seçkidən danışdı

  • 15 Apr - 2019

"Bu bir hüquqi prosesdir. Səslər saxtalaşdırılıb. Hər şey bu qədər açıqdır. Bizim səslərimizin bir hissəsi yekun aktlarda rəqib namizədə yazılıb."

Avropa.info xəbər verir ki, bu sözləri AK Partiyanın İstanbul bələdiyyə sədrliyinə namizəd Binəli Yıldırım deyib. Yıldırım İstanbulda planlı şəkildə saxtakarlıq edildiyini və bunun üçün hüquqi proses apardıqlarını bildirib.

"Hüququmuzu müdafiə edirik, vətəndaşlarımızın verdiyi səsin doğru-dürüst sayılmasını istəyirik. Səslər saxtalaşdırılıb, hər şey bu qədər açıqdır. Bizim səslərimizin bir hissəsi yekun aktlarda rəqib namizədə yazılıb. İstanbul kimi şəhəri idarə edəcək bələdiyyə sədrinin saxta səslərlə seçilməsi doğru deyil. 

İki namizəd bir-birinə yaxın səs topladığı halda, yenidən sayım nəticəsində nə üçün aradakı fərq mənim lehmə artır? Xəta varsa, niyə bir namizədin səsləri artır? Çünki, seçkilərdə saxtakarlıq edilib. Başlanğıcda 27 min açıqlanan rəqəmlər bu gün 12 min 200 səviyyəsinə geriləmişdir.

Seçkidə edilən saxtakarlıqlar , yanlışlıqlar, səs oğurluqları kifayət qədərdir. Hamımıza düşən, nəticə sakitliklə gözləməkdir. Xarici ölkələrə mesajlar göndərmək, xarici ölkələrdən Türkiyəyə təzyiq tələb etmək doğru deyil. İmamoğluna YSK-nın verəcəyi qərarı sakitliklə gözləməsini bir daha tövsiyə edirəm" - Binəli Yıldırım belə deyib.


Oxşar yazılar