Qobuda iki maşın toqquşdu: ölən var

  • 15 Apr - 2019

Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, aprelin 14-də saat 15 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Nazim Fərəcovun idarə etdiyi VAZ-2107 və Mövləddin Qurbanməhəmmədovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub.

Nəticədə N.Fərəcov hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.


Oxşar yazılar