“Seçki prosesini pozmaq cəhdi var” – Zelenskinin seçki qərargahından Poroşenkoya ittiham

  • 15 Apr - 2019

Ukrayna prezidentliyinə namizəd Vladimir Zelenskinin seçki qərargahı hakimiyyətin seçkiləri pozmaq ittihamı ilə çıxış edib. 

Avropa.info xəbər verir ki, Zelenskinin qərargah üzvlərinin bildirdiyinə görə, bəzi regionlarda komissiyalarda üzvlər çatışmır.

“İnsan çatışmazlığı prezidentliyə namizəd Poroşenkonun komissiyaların formalaşdırılması üçün lazımi rəqəm verməməsi üzündən baş verib. Burada bir şey aydındır: seçki komissiyalarındakı az sayda adam səsvermənin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edə bilər” – məlumatda deyilir.

Zelenskinin qərargahının açıqlamasına görə, qanuna uyğun olaraq dairə komissiyaları lazımi miqdarda üzv toplamalıdır, lakin onlar bunu etmirlər.


Oxşar yazılar