Bərdədəki intihar hadisəsi ilə bağlı "Araz"dan açıqlama

  • 15 Apr - 2019

Bərdə şəhərində “Araz minimarket” filialının müdiri İsgəndərov Tofiq İlham oğlu özünü evində asaraq intihar edib. 

Avropa.info xəbər verir ki, "Araz Supermarketlər" Şəbəkəsinin İctimaiyyətlə əlaqələr şöbəsi açıqlama yayıb.

"Baş verən olayla bağlı dərindən kədərlənirik, şirkət rəhbərliyi adından dünyasını dəyişən əməkdaşımızın ailə üzvlərinə baş sağlığı veririk.

Hadisənin səbəbləri hələlik tam məlum deyil. Ehtimal edilir ki, hadisə şəxsi zəmində baş verib. Hazırda hüquq mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır, hadisənin əsl səbəbləri araşdırmadan sonra məlum olacaq.

Qeyd edək ki, 1988-cı il təvəllüdlü, Bərdə rayon sakini İsgəndərov Tofiq İlham oğlu 2015 -cı ildən Araz Supermarketlər Şəbəkəsində çalışırdı",açıqlamada qeyd edilir. 


Oxşar yazılar