Əsəd İran üçün hərbi dəniz bazası açmağa hazırlaşır

  • 15 Apr - 2019

Suriya prezidenti Bəşər Əsəd bir neçə ay əvvəl səfər etdiyi İranda prezident Həsən Ruhani ilə görüşmüşdü.

Avropa.info xəbər verir ki, “Nezavisimaya qazeta” Əsəd ilə rəsmi Tehranın Rusiyanın maraqları xaricində strateji əməkdaşlıq etdiyindən yazıb. Məlumata görə, Əsəd 1 oktyabrda Latakiyada İran üçün hərbi-dəniz bazası açmağı planlaşdırır. Hərbi baza Rusiya xaricində həyata keçiriləcək.

Ruslar İran və Əsəd ilə dost olmalarına baxmayaraq bu plandan ehtiyat edirlər. Çünki İsrail ilə üz-üzə gəlmək təhlükəsi var. İranın İsrail ilə müharibə aparması halında uğur qazana bilməyəcəyini fikriləşən Rusiya İsrail ilə müharibə aparmaq məcburiyyətində qalacağından ehtiyat edir.


Oxşar yazılar