ABŞ dövlət katibinin müavini Bakıdadır

  • 15 Apr - 2019

ABŞ dövlət katibinin Narkotik Vasitələrin Beynəlxalq Dövriyyəsi ilə Mübarizə və Hüquq-Mühafizə Fəaliyyəti üzrə Bürodakı müavini Riçard Qlenn Azərbaycanda səfərdədir.

Avropa.info-nun məlumatına görə, onun səfərinin məqsədi bu gün Bakıda işinə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirak etməkdir.

R.Qlenn həmçinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.


Oxşar yazılar