Neftçalada ağır qəza: 5 yaralı

  • 15 Apr - 2019

Neftçala rayonunda yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə rayonun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə iki VAZ 2107 markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Oxşar yazılar