Bakıda gənc qadın özünü binadan atdı

  • 15 Apr - 2019

Ötən gün Bakıda gənc qadın özünü binadan atıb.

Avropa.info Oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saat 23:00 radələrində Bakının Yasamal rayonu, Şərifzadə 30 ünvanında qeydə alınıb.

Təxminən 20-23 yaşlı gənc özünü doqquzmərtəbəli binadan aşağı atıb. 

Hadisə yerinə təcili tibbi yardım briqadası çağrılıb. O, təcili yardımla 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.


Oxşar yazılar