"Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır” - Amerikalı səfir

  • 15 Apr - 2019

ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer beynəlxalq təhlükəsizliyin təminatı, həmçinin narkotiklərin yayılması ilə mübarizədə Bakının töhfəsini qeyd edir.

“Azərbaycan rəhbərliyi beynəlxalq təhlükəsizliyin təminatında mühüm tərəfdaşımızdır. Narkotiklərin hər bir ölkə üçün hansı təhlükə törətdiyini bilirik və Azərbaycan bu beynəlxalq bəla ilə mübarizədə liderliyini nümayiş etdirir”, - Ö.Litzenberqer bu gün Bakıda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın açılışında bildirib.

Onun sözlərinə görə, narkomaniya ilə mübarizə “yaxınlarımız və tanışlarımızım həyatına son qoyan ölümcül silahla mübarizədir”.

“Hələ 200-ci ildə Azərbaycan beynəlxalq koalisiyaya qoşularaq sabitliyin təminatı məqsədilə Əfqanısatana öz hərbçilərini göndərdi. O cümlədən, Bakı Əfqanıstana yükdaşımaların həyata keçirilməsi üçün marşrutlar təqdim edib”, - səfir vurğulayıb.

Ö.Litzenberqer qeyd edib ki, ABŞ Azərbaycanla əməkdaşlıqda maraqlıdır.

“Azərbaycan beynəlxalq terrorçuluqla və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ-ın mühüm tərəfdaşıdır. Tərəfdaşlığımız yalnız inkişaf edəcək, biz narkotiklərlə mübarizə sahəsində daha səmərəli üsullar yaratmaq niyyətindəyik”, - diplomat bildirib.

O, həmçinin beynəlxalq enerji və nəqliyyat marşrutlarının şaxələndirilməsində Azərbaycanın artan rolunu qeyd edib.

interfax.az


Oxşar yazılar