Sudanda qurulacaq yeni hökumətdə Hərbi Keçid Şurası namizəd göstərməyəcək

  • 15 Apr - 2019

Sudanda Hərbi Keçid Şurası mətbuat katibi general-leytenant Şəmsəddin Kebbaşi mətbuat üçün keçirdiyi konfransda şura tərəfindən verilən qərarlarla bağlı açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Kebbaşi gələcək hökumətin siyasi qruplar və partiyalar tərəfindən formalaşdırılacağını, hərbi şuranın namizəd göstərməyəcəyini deyib. Əbu Bəkr Mustafanın təhlükəsizlik və kəşfiyyat naziri təyin olunduğunu deyən Kebbaşi təhlükəsizlik orqanları ilə bağlı yeniliklər ediləcəyini də deyib.

Kebbaşi insan haqlarının pozulması səbəbi ilə tənqidlərə məruz qalan İntizam Qanunu kimi tanınan, “Ümumi görünüş və geyim-keçim qanunu”na da yenidən baxacaqlarını bildirib.

“Etirazçıların mühafizəsi bizim məsuliyyətimiz altındadır” – deyən Kebbaşi aksiya və nümayişlərə körpü və yolların bağlanılmasına icazə verilməyəcəyini bildirib.


Oxşar yazılar