Ancelina Coli və Bred Pitt rəsmən boşandılar

  • 15 Apr - 2019

Hollivudun məşhur aktyorları Ancelina Coli və Bred Pitt boşanıblar.

Avropa.info xəbər verir ki, aktyorların sözlərinə görə, məhkəmə bu barədə qərarı 12 apreldə verib. Cütlüyün uşaqlar üzərində himayəsi və əmlakın bölüşdürülməsi ilə bağlı iş bir neçə ay daha sürə bilər.

Coli və Pitt üç ildir ki, davam edən nikahı bitirmək qərarı veriblər. Belə ki, prosesdən mənən yorulublar.

Xatırladaq ki, aktyorlar 2018-cü ildə Fransada onlara məxsus Miraval qəsrində evlənmişdilər. Cütlüyün üç doğma uşağı var, daha üç uşağı övladlığa götürüblər.


Oxunma sayı: 77

Oxşar yazılar