İdmançılarımızdan Portuqaliyada keçirilən dünya çempionatında yüksək nəticə – Foto

  • 10:30 - 15 Aprel

11-14 aprel 2019 -cu il tarixləri arasında Portuqaliyanın Caldas da Rainha şəhərində Dünya Döyüş Növləri üzrə 10-cu Dünya festivalı və Dünya çempionatı keçilib.

Avropa.info xəbər verir ki, Dünya çempionatında müxtəlif kateqoriyalarda 8200-dən çox idmançı öz qüvvəsini sınayıb.

Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov və Bakı Karate-do Akademiyasının prezidenti Vüsal Abdullazadənin rəhbərliyi ilə, Dünya çempionatında ölkəmizi təmsil edən idmançılardan Mirzəzadə Zaur (8-11 yaş, -28 kq) çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək dünya çempionatının qızıl medalını, Hüseynli Nihat (11-13 yaş, -33 kq) finalda məğlub olaraq gümüş medal, Rüstəmov Səid (11-13 yaş, -43 kq) və İbayev İbrahim (8-11 yaş, -33 kg, Light WAC) yarım finalda məğlub olaraq  dünya çempionatının bürünc medalını qazanıblar.

Qeyd edək ki, uğur qazanan idmançılarımız Bakı Karate-do Akademiyasının yetirmələridir.


Oxunma sayı: 13167

Oxşar yazılar