Ailəsi onu axtarır - Qusarda itkin düşüb

  • 15 Apr - 2019

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Avropa.info-ya verilən məlumata görə, Qusar rayonunun İmamqulukənd kənd sakini, 28 yaşlı Vilyeddin Əlixlalov 2019-cu ilin mart ayının 2-də səhər saatlarında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Vilyeddin Əlixlalov əlamətləri belədir: Boyu 175 sm., qara saçlı, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli gödəkcə, göy rəngli cins şalvar, qara rəngli papaq və qara rəngli ayaqqabı olub.

Vilyeddin Əlixlalov ruhi xəstəlikdən əziyyət çəkir və nitqində qüsur var.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-22-22 şəhər və (055)265-55-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.  


Oxşar yazılar