Moskvada üç nazirin və Minsk qrupu həmsədrlərinin Qarabağ görüşü başa çatdı – Yenilənib

  • 09:57 - 15 Aprel

Azərbaycan, Ermənistan, Rusiya XİN başçıları ilə Minsk qrupu həmsədrlərinin Moskva görüşü başa çatıb.

Avropa.info-nun məlumatına görə, XİN rəhbərlərinin görüşü Rusiyanın paytaxtı Moskvada, bu ölkənin Xarici İşlər Nazirliyinin "Qəbul Evi"ndə keçirilib. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, Rusiya XİN rəhbəri Sergey Lavrov da iştirak ediblər.

***

Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Rusiya mətbuatının verdiyi məlumata görə, görüş Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilir.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsinin xarici işlər naziri kimi, Rusiyanın XİN başçısı Sergey Lavrov da iştirak edir.

*   *   *

Rusiyanın TASS rəsmi dövlət informasiya agentliyi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bu gün Moskvada baş tutacaq danışıqlar barədə məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının perspektivlərini müzakirə etmək üçün görüşəcək.

“Qapalı məsləhətləşmələr Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında martın 29-da baş tutmuş danışıqlar fonunda keçiriləcək. Nazirlərə ATƏT-in Minsk Qrupunun həmsədrləri-İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) qoşulacaqlar”-məlumatda deyilir.

Xatırladılır ki, Əliyevin və Paşinyanın Avstriya paytaxtında baş tutmuş söhbəti onların sayca dördüncü şəxsi görüşü, lakin ilk rəsmi danışıqları olub. Daha əvvəl onlar Düşənbə və Sankt-Peterburqda MDB sammitləri çərçivəsində, habelə Davosda görüşüblər.

“Vyana raundunun başlıca yekunu tərəflərin münaqişənin dinc nizamlanmasına dair birbaşa dialoqu davam etdirməyə hazırlıq ifadə etmələridir. Minsk Qrupunun həmsədrləri bəyan ediblər ki, tərəflər sülhə yol açan şəraitin yaradılmasını və münaqişənin dinc yolla həlli üçün sonrakı danışıqlar prosesində konkret, nəzərəçarpan addımların atılmasının vacibliyini qeyd ediblər. Bundan başqa Əliyev və Paşinyan münaqişənin nizamlanması üzrə humanitar addımlar barədə razılığa gəliblər, atəşkəsin zəruriliyini təsdiq ediblər və birbaşa rabitə mexanizminin təkmilləşdirilməsi barədə anlaşıblar”-TASS bildirir.

Xatırladılır ki, Vyana danışıqlarının yekununu Rusiya prezidenti Vladimir Putin Əliyev və paşinyanla telefon söhbəti zamanı müzakirə edib.

***

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovuniştirakı ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri Elmar Məmmədyarov və Zöhrab Mnatskanyan arasında görüş keçiriləcək.

Avropa.info xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

Qapalı müzakirələr 29 Mart tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanarasında aparılmış danışıqların yekunu fonunda keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər.


Oxunma sayı: 12705

Oxşar yazılar