Gəncə sakininin evində 1 kq-dan artıq marixuana aşkarlanıb

  • 21:10 - 14 Aprel

Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya verilən məlumata görə, şəxsi axtarış zamanı onda narkotik vasitə olan marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılmış 1 kiloqram 350 qrama yaxın marixuana götürülüb.


Oxunma sayı: 8151

Oxşar yazılar