15 ton çürük kartofa görə atışma: Tagil silahı çəkir və...

  • 14 Apr - 2019

Moskva ətrafında iki alverçi arasında kartofa görə baş vermiş mübahisə atışma və bir nəfərin ölümü ilə nəticələnib. Virtualaz.org “Moskovskiy Komsomolets”ə istinadən xəbər verir ki, atışmada ölən 32 yaşlı Azərbaycan vətəndaşının meyitini Moskva vilayətinin Lenin rayonunda, yolun kənarında dayanmış maşının içində aşkar ediblər.

Hadisə yerinə polisi və təcili yardım briqadasını onun dostu, hadisə zamanı yaralaan digər azərbaycanlı çağırıb. Bu şəxs başından yaralanıb, amma bəxti gətirib ki, güllə sıyırıb keçib. Yaralı şəxs hadisənin necə baş verdiyini danışıb.

O deyib ki, bir neçə gün əvvəl yoldaşı ilə birlikdə Moskvadakı “Food City” topdansatış ərzaq bazasına gediblər və Rusiya paytaxtının daha kiçik bazarlarında satmaq üçün 15 ton kartofu topdan almaq istəyiblər. Onlar bazarda münasib qiymətə kartof satanı tapıblar, anlaşıblar və ona 300 min rubl veriblər. Lakin kartofu aparıb anbara boşaldanda məlum olub ki, çoxu çürükdür, yaxud xırda və zədəlidir.

Ortaqlar “Food City”yə qayıdıblar və həmin stıcını tapıblar. Ondan pulları geri tələb ediblər. Həmin şəxs guya pulu qaytarmağa razılaşıb, amma xahiş edib ki, bir qədər gözləsinlər və pulun əvəzinə şənbə günü onlara bir maşın salamat kartof gətirəcək. Lakin görüş yerində ortaqları bir qrup kişi gözləyirdi. Tərəflər arasında kimin kimə borclu olduğu barədə mübahisə düşüb. Hansısa məqamda satıcının yanında gələnlərdən biri tapançanı çıxarıb və atəş açmağa başlayıb.

“Hücum edənləri və satıcının  tərəfindən atəş açıb bir nəfəri öldürəni, dostunu yaralayanı hazırda axtarırlar. Zərər çəkən deyir ki, kartofu aldıqları adamın ancaq adını bilirdilər-Tagil”-hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Moskva vilayəti üzrə İstintaq Komitəsindən bildiriblər ki, hadisə ilə bağlı qətl, qətl törətmək cəhdi və qanunsuz odlu silah gəzdirmə maddələri ilə cinayət işi qaldırılıb. Şübhəlilər axtarılır.


Oxşar yazılar