Ermənistanda taksi sürücüsü xüsusi amansızlıqla qətlə yetirilib - VİDEO

  • 19:50 - 14 Aprel

Ermənistanda taksi sürücüsü xüsusi qəddarlıqla qətlə yetirilib.

Malatiya rayon Polisin Bölməsinə müraciət edən yerli sakin qardaşı, 1973 təvəllüdlü Arsen Sardaryanın "Mercedes" avtomobili ilə Spitak şəhərinə yola düşdüyünü və qayıtmadığını bildirib. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Kamo Kirakosyan saxlanılıb.

K.Kirakosyan istintaq ifadəsində bildirib ki, Vanadzor şəhəri yaxınlığında onunla taksi sürücüsü A.Sardaryan arasında pul üstündə mübahisə yaranıb. Dava zamanı o, sürücünün əlindəki bıçağı alaraq ona bir neçə zərbə endirməklə A.Sardaryanı öldürüb.

K.Kirakosyan qətldən sonra cəsədi maşınla Axpat icmasının yerləşdiyi əraziyə aparıb və onu benzinlə yandırıb. Bundan sonra o, cəsədi avtomobilin yük yerinə qoyaraq Akori yaşayış məntəqəsində basdırıb.

K.Kirakosyan faktla bağlı saxlanılıb.

 

 

report


QrUWJwrKGCQ

Oxunma sayı: 13860

Oxşar yazılar