"Formula 1" üzrə dünya çempionatının Çin Qran-prisi başa çatıb

  • 18:35 - 14 Aprel

"Formula 1" üzrə dünya çempionatında mövsümün sayca üçüncü Çin Qran-prisi başa çatıb.

Şanxay beynəlxalq avtodromunda keçirilmiş yarışın qalibi "Mercedes"in britaniyalı pilotu Lüis Hemiltonolub. Onun finlandiyalı komanda yoldaşı Valtteri Bottas ikinci, "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel isə üçüncü yeri tutub. Bu, "Mercedes" duetinin ardıcıl üçüncü qələbəsidir.

20 pilotdan 3-ü - Lando Norris ("Maklaren"), Daniel Kvyat ("Skuderia Toro Rosso") və Niko Hülkenberq ("Reno Sport F1") finişə çata bilməyib. Yürüşün birinci dövrəsində Kvyat "Maklaren" pilotları Karlos Sayns və Landro Norrislə insident yaşayıb. Onun bolidi Saynsın maşınının təkərlərinə toxunub, daha sonra Norrisin bolidinə tərəf sıçrayıb. Britaniyalı pilot isə rusiyalı həmkarının maşının sol təkərinə vurub. Nəticədə Kvyata pit-leynə yollanma cəzası verilib və o, 2 cərimə balı alıb.

Qeyd edək ki, Çin Qran-prisində Lüis Hemilton 25, Valtteri Bottas 18, Sebastyan Fettel 12 xal toplayıb. 3 mərhələdən sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, Ferstappen 27 xalla 3-cüdür. Növbəti Qran-pri 26 - 28 apreldə Bakıda keçiriləcək.

 

 

report


Oxunma sayı: 12012

Oxşar yazılar