Yaponiya Çindən əqli mülkiyyətin mühafizəsinin gücləndirilməsini tələb edir

  • 14 Apr - 2019

Aprelin 14-də Yaponiya ilə Çin arasında işə başlayan yüksək səviyyəli iqtisadi dialoq çərçivəsində Tokio Pekini əqli mülkiyyətin mühafizəsi ilə bağlı tədbirləri gücləndirməyə çağıracaq. 

Həmin görüşdə Yaponiya tərəfindən altı nazir, o cümlədən xarici işlər naziri Taro Kono, iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko və nəqliyyat naziri Keyiçi İşii iştirak edəcəklər. 

Yaponiya nümayəndələri Pekini əqli mülkiyyyətin, xüsusən də Çində fəaliyyət göstərən yapon şirkətlərinə məxsus texnologiyaların mühafizəsini gücləndirməyə çağırmağı planlaşdırırlar. Onların, həmçinin Çini Yaponiyanın bir sıra rayonlarında istehsal edilən kənd təsərrüfatı və digər məhsullara qadağanı aradan qaldırmağa çağırmaq niyyətində olduqları da bildirilir. 

Pekin 2011-ci ildə “Fukusima-1” AES-də baş verən qəzadan sonra bu qadağaları tətbiq edib


Oxunma sayı: 44

Oxşar yazılar