Avstraliyanın Melburn şəhərində gecə klubunda atışma olub

  • 14 Apr - 2019

Aprelin 14-nə keçən gecə Avstraliyanın Melburn şəhərindəki “Love Machine” adlı gecə klubunda baş verən atışma nəticəsində dörd nəfər yaralanıb.

Avropa.info xəbər verir ki, bu barədə Viktoriya ştatı polisinin yaydığı məlumatda bildirilib. Xəsarət alan şəxslər dərhal xəstəxanaya çatdırılsa da, onlardan biri ölüb. Digərlərinin vəziyyətinin ağır olduğu qeyd edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları baş verən hadisə ilə bağlı araşdırmalara başlayıblar. Şəxsiyyəti hələlik müəyyən edilməyən cinayətkarın qara rəngli “Porsche” avtomobili ilə hadisə yerindən uzaqlaşdığı bildirilir. Həmin avtomobil sonradan yanmış vəziyyətdə aşkarlanıb.

Polis yerli sakinlərə müraciət edərək, atəş açmış şəxsin tapılmasına yardım göstərmələrini xahiş edib.


Oxunma sayı: 77

Oxşar yazılar