Türkiyədə 100 nəfər saat yarım dalaşdı - Səbəb

  • 14 Apr - 2019

ürkiyənin Ərzurum şəhərində 2 ailə arasında yaşanan mübahisəyə görə 100 nəfər saat yarım dalaşıb.

Avropa.info axar.az-a istinadən xəbər verir ki, dava zamanı tərəflər bir-birinə daş, taxta və tüfənglə hücum edib.

Türkiyə mediası əvvəlcədən aralarında problem olan qohum ailələrin övladlarını evləndirdiyini, toydan qısa müddət sonra tərəflər arasında anlaşmazlıq yaşandığı üçün qızın ata evinə göndərildiyini yazıb. Qızın ata evinə göndərilməsinə qəzəblənən ailə ilə qarşı tərəf arasında mübahisə yaranıb.

Dava edənləri ayırmaq üçün əraziyə xeyli sayda polis cəlb edilib. Hadisə nəticəsində 7 nəfər saxlanılıb, ətrafdakı avtomobillər yararsız hala düşüb. Tərəflər bir-birindən şikayətçi olmadıqlarını bildirib.


Oxunma sayı: 121

Oxşar yazılar