Taxasda qasırğa nəticəsində iki uşaq ölüb

  • 14 Apr - 2019

ABŞ-ın Texas ştatının kiçik Franklin şəhərində şənbə günü baş verən qasırğa nəticəsində iki uşaq ölüb, 10-a yaxın insan xəsarət alıb.

Bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, iki yaralı yerli xəstəxanaya çatdırılıb, digərlərinə isə yerindəcə tibbi yardım göstərilib.

Ştatın San-Antonio şəhərinə güclü dolu yağıb. Pis hava şəraiti Dallas şəhərinin Lav aerodromu və Dallas - Fort-Uert beynəlxalq aeroportundan təyyarələrin uçuşunun dayandırılmasına səbəb olub.


Oxşar yazılar