Mark Zukerberqi istefaya göndərmək istəyirlər

  • 14 Apr - 2019

"Facebook" şirkətinin bir neçə səhmdarı yenidən Mark Tsukerberqin direktorlar şurasının sədri vəzifəsindən kənarlaşdırılmasını müzakirə etməyi təklif ediblər.

Şirkət birja və qiymətli kağızlar üzrə komissiyanı mayın 30-da səhmdarların illik toplantısının keçirilməsi barədə məlumatlandırıb və investorların səsverməyə çıxarılacaq təkliflərini təsdiq edib.

Edilən səkkiz təklifdən ikisində söhbət şirkətin strukturunun dəyişdirilməsi və "müstəqil sədrin" təyin edilməsindən gedir.


Oxunma sayı: 77

Oxşar yazılar