Böyük Britaniya parlamentinin deputatları Culian Assanjın İsveçə təhvil verilməsini istəyirlər

  • 14 Apr - 2019

Böyük Britaniya parlamentinin deputatları “WikiLeaks” saytının yaradıcısı Culian Assanjın İsveçə təhvil verilməsini istəyirlər.

Avropa.info xəbər verir ki, 70-ə yaxın deputat bununla bağlı hökumətə çağırış edib.

Xatırladaq ki, Culian Assanj bir sıra hökumət rəhbərlərinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks”i 2006-cı ildə təsis edib. O, 2012-ci ildən siyasi sığınacaq tələbi ilə müraciət etdiyi Ekvadorun Londondakı səfirliyində gizlənirdi. Aprelin 11-də Ekvador hökuməti ona siyasi sığınacaq verməkdən imtina edib və o, Britaniya polisi tərəfindən həbs olunub.


Oxşar yazılar