Braziliyada binaların uçması nəticəsində 7 nəfər ölüb

  • 13 Apr - 2019

Braziliyanın paytaxtı Rio-de-Janeyronun favellalarından birində qeyri-qanuni tikilmiş iki binanın üçması nəticəsində 7 nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 17 nəfər itkin düşmüş hesab edilir.

Hadisə yerində 100-ə yaxın xilasedici işləyir. Binaların dağılma səbəbi hələlik müəyyən olunmayıb, lakin “Comercio” portalı qeyd edir ki, onların yerləşdiyi favella yağışlardan ən çox zərər çəkənlərdən biridir.


Oxşar yazılar