Amerikalı hərbçi Yaponiyada qadını qətlə yetirdi və intihar etdi

  • 13 Apr - 2019

Amerikalı hərbçi qadını qətlə yetirdikdən sonra intihar edib.

"Kyоdo" agentliyinin verdiyi xəbərə görə, hadisə Okinava (Yaponiya) prefekturasında qeydə alınıb.

Aprelin 13-də səhər saatlarında yerli xilasetmə xidmətinə yaşayış evində iki meyitin aşkarlanması barədə məlumat daxil olub. Şahidlərin sözlərinə görə, hadisə yerinə təcili tibbi yardım maşını ilə yanaşı, ABŞ-ın iki hərbi avtomobili gəlib.

Hərbçinin ABŞ-ın dəniz piyada qoşununda xidmət etdiyi bildirilir.

Hazırda polis hadisənin səbəblərini araşdırır.


Oxunma sayı: 44

Oxşar yazılar