Sudanda müdafiə nazirindən sonra ölkə kəşfiyyatının rəisi də istefa verib

  • 13 Apr - 2019

Sudan Kəşfiyyat Xidmətinin rəhbəri Salah Quş vəzifəsindən istefa verib.

Avropa.info-ya xəbər verir ki, bu barədə məlumat Sudanın hərbi şurası tərəfindən yayılıb. Kəşfiyyat rəhbəri Salah Quş qərarını ölkənin müdafiə naziri Avad ibn Aufun istefasından sonra qəbul edib.

Müvəqqəti hərbi şuranın rəhbəri Avad ibn Auf bir qədər əvvəl bu postu Silahlı Qüvvələrin Baş qərargah rəisi general Əbdülfəttah əl-Burxana təhvil verib.

Xatırladaq ki, aprelin 11-də Sudanda hərbi çevriliş olub. Ölkə Prezidenti Ömər əl-Bəşir və onun köməkçiləri bütün vəzifələrdən kənarlaşdırılıb və hökumət istefaya göndərilib. Dövlət başçısı və bir sıra yüksəkvəzifəli şəxslər, həmçinin Prezident Qvardiyasının üzvləri həbs olunub. Sudan beynəlxalq aeroportu bağlanıb, ölkə ərazisində 3 aylıq fövqəladə vəziyyət rejimi elan edilib.

2011-ci ildə tətbiq edilən Amerika sanksiyalarından və Cənubi Sudanın ayrılmasından sonra ölkədə iqtisadi böhran hökm sürür. Bir neçə aydır davam edən etirazlar və toqquşmalar nəticəsində 60-a yaxın insan həlak olub, yüzlərlə insan yaralanıb.


Oxşar yazılar