"Türkiyə bizim ən yaxın müttəfiqimizdir, Ankara meydanı boş qoymamalıdır" - Sudanlı araşdırmaçı-yazıçı Mayda Kamal Eldeen Türkiyəyə çağırış etdi

  • 13 Apr - 2019

Sudanlı araşdırmaçı-yazıçı Mayda Kamal Eldeen ölkəsində yaşanan çevrilişdən sonra, Türkiyənin meydanı boş qoymamalı olduğunu deyib. 

Avropa.info xəbər verir ki, araşdırmaçı-yazıçı Mayda Kamal Eldeen Sudanda çevrilişdən sonra, yeni bir dövr başlanıb.

"Sudan Türkiyənin Afrikadakı müttəfiqidir. Türkiyə Sudanın dostudur. Türkiyə daim Sudan xalqının yanında oldu. Prezident Ərdoğan 2006-cı ildə Darfur böhranının ən isti vaxtında Sudan və Darfura səfər edən ilk xarici lider olmuşdu. Prezident Ərdoğanın göstərişilə Darfura humanitar yardım edilmişdi. TİKA, Türk Qızıl Aypara və digər QHT-lər də Sudanda fəaliyyət göstərir. Sudanlılara hər sahədə yardım edirlər. Türkiyə bunu Sudan xalqının rifahı və yaxşılığı üçün edir. Bundan sonra da Sudanda hakimiyyətə kim gəlirsə gəlsin Türkiyə ilə əlaqələrini davam etdirəcəkdir. Davam etdirmək məcburiyyətindədir. 15 iyul təcrübəsini yaşayan Türkiyə bu təcrübəni sudanlılarla bölüşməlidir.

Türkiyə Sudanda meydanı boş qoymamalıdır, yaranan boşluluğu başqa güclərin doldurmasına icazə verməməlidir. Sudan iqtisadiyyatını modernləşdirilməsi , xalqının rifah və zənginliyə çatması üçün Türkiyəyə çox ehtiyacı var. Sudan, Türkiyə tərəfindən diqqət və qayğı ilə təqib edilməsi lazım olan əhəmiyyətli bir ölkədir. Sudan, Türkiyənin regiona açılan qapısıdır" - Mayda Kamal Eldeen belə deyib.

Qeyd edək ki, 2017-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sudan səfəri zamanı vaxtilə Osmanlı ərazisi olan Sevakin adası Ankaraya verilmişdi. 

1517-ci ildə Yavuz Sultan Səlimin Misiri fəth ilə türk torpaqlarına qatılan Sevakin adası, 1882-ci ildə Misirin ingilislər tərəfindən işğalından sonra, Osmanlı nəzarətindən çıxdı. 24 iyul 1923-ci il tarixli Lozanna müqaviləsinin 17-ci maddəsi əsasında qəti olaraq ingilis idarəciliyində olan Misirə verildi.

Sudanın 1956-ci ildə müstəqilliyini qazanması ilə adı çəkilən ada Sudan torpaqlarının bir parçası oldu.

Avropa.info


Oxşar yazılar