Sudanın hərbi çevrilişlə devirilən prezidenti Ömər əl Bəşir kimdir? - Ziddiyyətli siyasi liderin portreti

  • 16:33 - 13 Aprel

Bir neçə gün öncə hərbi çevrilişlə hakimiyyətdən uzaqlaşdırılan və xunta tərəfindən həbs edilən Sudan prezidenti Ömər əl - Bəşirin ən böyük arzusu ölkəni bütöv saxtamaq idi.  20 il əvvəl hərbi çevrilişlə hakimiyyətə gələn Ömər əl-Bəşir o dövrdən bəri Afrikanın ən böyük ölkəsini “dəmir yumruq”la idarə edib.

Avropa.info xəbər verir ki, 1944-cü ildə fermer ailəsində dünyaya gələn Bəşir 1966-cı ildə Sudan Hərbi Akademiyasını bitirib. Hərbi iyerarxiyada general rütbəsinədək qalxıb.

1973-cü il müharibəsində İsrailə qarşı Misir ordusunda döyüşən Bəşir ölkənin cənubunda fəaliyyət göstərən, xristianlardan təşkil olunmuş  Sudan Xalq Qurtuluş Ordusuna qarşı mübarizə aparıb. 

1989-cu ildə seçki ilə hakimiyyətə gələn prezident Sadiq əl Mehdi hökumətini devirən Bəşir 1993-cü ilin oktyabrında onu hakimiyyət başına gətirən xuntanı buraxaraq ölkəsində islamçı hökumət qurmaq məqsədilə özünü mülki prezident elan etdi.

Bəşir 2005-də 21 illik vətəndaş müharibəsini başa çatdırmaq üçün Sudan Xalq Qurtuluş Hərəkatı lideri ilə sülh müqaviləsi imzaladı.

Bəşirin hər zaman ən böyük məqsədi Sudanın birlik və bütövlüyünü qorumaq olub. Ən böyük qorxusu isə sülh müqaviləsinin bir hissəsi olan cənubun 2011-ci ildə ayrılmaq üçün referenduma getməsi idi. 

Dollar gəzdirməyin edamla cəzalandırıldığı ölkədə neft gəlirləri ilə ciblər dollarla dolunca nəzarət zəiflədildi və Ömər -əl Bəşir telekommunikasiya sistemində inqilabi yeniliklərə imza atıldı.

Картинки по запросу Ömer el Beşir genclik dönemi

Bəşir iqtidarının ilk 10 ilində islamçı baxışları ilə Qərbi özündən uzaqlaşdırdı.

“Əl-Qaidə” lideri Üsamə Bin Laden 1990-cı illərdə Səudiyyə Ərəbistanından deportasiya edilmədən əvvəl Sudana sığınmışdı.

Bəşir hökuməti ilə ABŞ arasında münasibətlər Vaşinqtonun 1998-ci ildə kimyəvi silahlarda istifadə olunan maddələr emal edildiyini iddia etdiyi Xartum ətrafında yerləşən dərman fabrikini bombalaması ilə ən aşağı səviyyəyə endi. Sudan ittihamları rədd etdi.

Bir neçə il öncə isə Ömər əl Bəşir  İran səfirini ölkədən qovdu. Sudan hökuməti İran səfirinin ölkədən qovulmasını rəsmi Tehranın ölkədə məzhəbçi siyasət aparması ilə əlaqələndirdi. 

Ömər əl Bəşirin ən böyük problemi olan  Darfur münaqişəsi  2003-cü ilin əvvəlində  üsyançı xristian qrupun hökumət binalarına hücum etməsi ilə başladı. Uzun sürən savaş nəticəsində 2009-cu ildə Beynəlxalq Cinayət Məhkəməsi Sudan prezidenti Ömər-əl Bəşir haqqında İnterpol xətti ilə axtarış verdi. Ömər əl Bəşir insani cinayətlərdə ittiham olunsa da, Sudan prezidenti bu ittihamları rədd edirdi. 

2011-ci ildə Sudan iki yerə parçalandı. Lakin, Sudandan ayrılan və əhalisinin əksəriyyəti xristian olan Cənubi Sudanda daxili savaşlar başladı. Ömər əl Bəşər isə Cənubi Sudanın yenidən Sudana birləşdirilməsi üçün fəaliyyət göstərirdi. 

Müşahidəçilərin fikirincə, Ömər əl Bəşir Qərbin təqdim etdiyi kimi diktator deyildi. Sudan lideri ölkədə avtoritar bir sistem qurmuşdu, lakin Sudanda siyasi partiyalar və vətəndaş cəmiyyətləri açıq fəaliyyət göstərirdi. Ömər əl Bəşir özü isə hakimiyyətə hərbi çevrilişlə gəlsə də, sonrakı illərdə keçirilən prezident seçkilərində namizəd kimi iştirak edirdi. 

Ömər əl Bəşirin ABŞ-la arasındakı münasibətlər müxtəlif vaxtlarda dəyişirdi. 2016-ci ilə qədər ABŞ-la münasibəti pis olan Ömər əl Bəşir Ərəb koalisiyasının Yəmənə qarşı başlatdığı antiterror əməliyyatına qoşulmaqla Birləşmiş Ştatların siyasətində yumşalmaya nail oldu. ABŞ Sudana qarşı tətbiq etdiyi sanksiyaları 2017-ci ildə ləğv etsə də, bu ölkəni "terroru dəstəkləyən ölkə" siyahısından çıxartmadı. Sudan bu kilidi açmaq üçün, 2018-ci ildə ABŞ-ın Federal Təhqiqatlar Bürosu ilə müqavilə imzaladı. 

Ömər əl Bəşir ABŞ-la münasibətlərini düzəltdiyi bir vaxtda ölkəni iqtisadi problemlər ağuşuna aldı. 2011-ci ildə Cənubi Sudanın ayrılması nəticəsində Hartum 75 faiz neft gəlirlərindən məhrum oldu . Bu Sudanın ümumi gəlirinin 60 faizni  təşkil edir. Ölkənin borcu 50 milyard dollardır. 
 

Sonunda əl Bəşir, BVF-nın tövsiyələrinə riayət edərək subsidiyaları qaldırıb dövlət şirkətlərini özəlləşdirmə yoluna getdi. Özəlləşdirilən dəmir yolları və limanlarda çalışan on minlərlə insan işsiz qaldı. İnflyasiya qalxdı, nağd pul problemi yaşandı. Sudan Odaqlar İttifaqının çağırışı ilə ölkədə mitinqlər başladı. İddialara görə, Ömər əl Bəşirə qarşı aksiyaların arxasında ABŞ və Misirin hərbi çevrilişlə hakimiyyətə gələn lideri Abdulfəttah Sisi durur. 



2014-cü ildə əl Bəşirə qarşı qurulan və 22 müxalif partiyalardan təşkil olunan Sudan Çağırışı Platforması mitinqlərə qoşuldu. Mitinqlərə sufilərdən ibarət Sudan Ümmət Partiyası da dəstək verdi. Partiyanın 50 illik lideri Sadiq əl Mehdi 1989 -cu il çevrilişi ilə baş nazir vəzifəsindən devirilmişdi. 

Ömər əl Bəşir orduya güvəndiyi bir vaxtda Müdafiə naziri Avad bin Avf hərbi çevriliş edərək Ömər əl Bəşiri devirdi. Ömər əl Bəşiri həbs edən ordu 2 il müddətinə ölkəni idarə edəcəklərini bildirərək, Sudanda fövqəladə vəziyyət elan etdi. Lakin, müxalifət ordunun bu addımına qarşı çıxaraq aksiyaları hələ də davam etdirir. 

Avropa.info


Oxunma sayı: 14685

Oxşar yazılar