Ağ Evin qarşısında özünü yandırmış əlil həbs olundu

  • 13 Apr - 2019

Elektriklə işləyən əlil arabasında Ağ Evin yanına gəlmiş kişi Ağ Evin hasarının yaxınlığında öz gödəkcəsini yandırıb.

ABŞ prezidentlərinin təhlükəsizliyini təmin edən Məxfi Xidmətin nümayəndələri dərhal odu söndürüb, həmin şəxsə ilk yardım göstərib və onu yerli xəstəxanaya göndəriblər.

Amerika KİV-lərində yayılan son məlumata görə, həmin kişi həbs edilib.

Məxfi xidmət bildirib ki, həmin şəxsin aldığı yanıq zədələri həyat üçün təhlükəli deyil. Onun özünü yandırmasının səbəbləri hələ məlum deyil.


Oxunma sayı: 77

Oxşar yazılar