“Chevron” iri neft şirkətini alır

  • 19:20 - 13 Aprel

ABŞ-ın enerji nəhəngi “Chevron” şirkəti “Anadarko Petroleum”u 33 milyard dollar və səhm müqabilində alacağını açıqlayıb.

Bu, son 3 ildə ABŞ-da dəyərinə görə ən böyük enerji razılaşmasıdır. Razılaşmadan sonra “Chevron”un səhmlərinin qiyməti 4,94 faiz ucuzlaşıb, “Anadarko”nun səhmlərinin qiyməti isə 32,01 faiz artıb.

“Chevron” “Anadarko Petroleum”un Qərbi Texasdakı “Delaware” hövzəsində təxminən 200 min mədən ərazisində birgə kəşfiyyat aparacaq. Müqaviləyə əsasən, “Anadarko” operator olacaq.


Oxunma sayı: 13981

Oxşar yazılar