Astarada keçmiş məhkumdan odlu silah götürülüb

  • 13 Apr - 2019

Astara rayonunda keçmiş məhkumdan odlu silah götürülüb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat məlumatları əsasında rayonun Məscidməhəllə kənd sakini, 1977-ci il təvəllüdlü Ramil Həsənovu saxlayıblar. Ondan lüləsi və qundağı kəsik formada olan “İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Oxşar yazılar