Gəncə şəhər sakininin yaşadığı evdə 1 kiloqram 350 qrama yaxın marixuana aşkarlanıb

  • 13 Apr - 2019

Gəncə şəhərinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Mirbağırov saxlanılıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avropa.info-ya bildiriblər ki, şəxsi axtarış zamanı onda narkotik vasitə olan marixuana aşkarlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən və həyətyanı sahəsində torpağa basdırılmış 1 kiloqram 350 qrama yaxın marixuana götürülüb.


Oxşar yazılar