Ermənistanda dəmir yolunu bağlayan etirazçılarla polis arasında toqquşma olub

  • 13 Apr - 2019

Ermənistanın Armavir rayonundakı Zartnok kənd icra nümayəndəsinin özbaşınalıqlarına etiraz edən sakinlər Yerevan-Gümrü dəmir yolunu bağlayıblar.

Avropa.info  xəbər verir ki, icra nümayəndəsinin istefasını tələb edən etiraz aksiyası iştirakçıları ilə insident yerinə gələn polis arasında qarşıdurma yaranıb. Qanun keşikçiləri icra nümayəndəsinin evinə basqın edən və xidməti və şəxsi avtomobillərini yandıran kənd sakinlərini sakitləşdirmək üçün barrikada qurublar. İcra nümayəndəsinin oğlu isə özünü müdafiə etmək üçün tapançadan havaya atəş açıb. İnsident nəticəsində yaralanan bir neçə nəfər xəstəxanaya çatdırılıb.

Prokurorluq insidentlə əlaqədar cinayət işi qaldırıb.


Oxunma sayı: 66

Oxşar yazılar