“Facebook” Zukerberqin təkcə təhlükəsizliyinin təmininə 20 milyon dollar xərcləyir

  • 13 Apr - 2019

2018-ci ildə “Facebook” şirkətin baş direktoru Mark Zukerberqin təhlükəsizliyinin təmin olunmasına 20 milyon dollar xərcləyib.

Avropa.info xəbər verir ki, bu rəqəm  2016-cı il ilə müqayisədə 4 dəfə çoxdur. Bu barədə CNBC ABŞ-ın Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyasının istinadən məlumat yayıb.

2017-ci ildə bu rəqəm iki dəfə - 9,1 milyon dollardan 22,6 milyon dollaradək qalxıb. 2018-ci ildə isə 6 milyon dollar artıb.

Pullar Zukerberqin şəxsi səfərlərində mühafizənin təmininə, şəxsi təyyarələrə sərf olunur.


Oxunma sayı: 88

Oxşar yazılar