PKK-ya məxsus 11 sığınacaq məhv edildi – Xeyli silah-sursat ələ keçirildi (Foto)

  • 13 Apr - 2019

Türkiyənin Diyarbakır vilayətinin Licə və Kulp vilayətində terror təşkilatı PKK-ya qarşı əməliyyatda terrorçuların istifadə etdiyi 11 qış sığınacağı məhv edilib.

Avropa.info xəbər verir ki, terrorçuların istifadə etdiyi 11 qış sığınacağı, 7 ovçu çuxuru, iki nəzarət və iki atəş mövqeyi müəyyən edilərək istifadə olunmaz hala salınıb.

Axtarış zamanı plastik bidonlarda 55 tüfəng patronu, 150 “Kalaşnikov” patronu, 5 “Kalaşnikov” maqazini, ratsiya, 3 gecəgörmə cihazı, snayper durbini, iki silah qayışı, 4 akkumulyator, 11 qaz balonu, 1 kq ammonium nitrat, 4 batareya bloku, 3 batareya, 40 metr uzunluğunda elektrik kabeli, xeyli sayda geyim və tibbi ləvazimat, PKK-ya aid sənədlər ələ keçirilib.

Prokurorluq terror təşkilatına qarşı əməliyyatın davam etdirildiyini bildirib.


Oxşar yazılar